İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
Prezident Yunanıstanın milli bayramı münasibətilə Katerina Sakellaropuluya cansağlığı və xoşbəxtlik arzulayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yunanıstanlı həmkarı Katerina Sakellaropulunu milli bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir:
Hörmətli xanım Prezident,
Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev