XƏBƏRLƏR / Rəsmi

İlham Əliyevin BƏƏ işgüzar səfəri başa çatıb

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb

İlham Əliyevin BƏƏ işgüzar səfəri başa çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri fevralın 5-də başa çatıb.

    Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Prezident İlham Əliyevi Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının üzvü, Əbu-Dabi İnvestisiya Holdinqinin prezidenti Şeyx Hamid bin Zayed Al Nəhyan və digər rəsmi şəxslər yola saldılar.