Prezident DTX-nın saxladığı icra başçısıni işdən çıxardı
İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb

Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, 2010-cu ildən icra başçısı olan M.Şəkiliyev ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, vəzifə cinayətlərində şübhəli bilinir.