İlham Əliyevin İrana səfəri planlaşdırılır
Bu haqda İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu açıqlama verib
Azərbaycan Prezidentinin Tehrana səfəri üzrə müvafiq hazırlıq işləri aparılır.
Bu haqda İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu açıqlama verib.
Onun sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin dinamik inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir: "Cənab Prezident Məsud Pezeşkianın Bakıya və Xankəndiyə səfərlərindən sonra Azərbaycan Prezidentinin Tehrana səfəri üzrə müvafiq hazırlıq işləri aparılır.
Bu səfərlərin siyasi, iqtisadi və mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyi gözlənilir.
Dövlət başçıları arasında mövcud səmimi və dostluq münasibətləri isə bu prosesə mühüm töhfə verir".
1 dəqiqədən az