XƏBƏRLƏR / İctimaiyyət

İlham Əliyevin Nobel mükafatına namizədliyi təklif olundu

"Biz haqq müharibəmizdə bir uşağa, qadına güllə atmadıq, zərər vermədik"

İlham Əliyevin Nobel mükafatına namizədliyi təklif olundu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Prezident İlham Əliyevin Nobel Sülh mükafatına namizədliyi təklif olunub.

    Bu təkliflə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edib.

    O, bu barədə "Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" adlı konfransda danışıb.

    "Barak Obamaya heç nə etmədən mükafatı veriblər. Biz haqq müharibəmizdə bir uşağa, qadına güllə atmadıq, zərər vermədik. Bu, cənab İlham Əliyevin siyasətinin nəticəsi idi", - Çingiz Abdullayev bildirib.