XƏBƏRLƏR / Elm və Texnologiya

İlon Mask Marsa süni intellektli robot göndərəcək

Bu haqda o, “X” səhifəsində məlumat paylaşıb

İlon Mask Marsa süni intellektli robot göndərəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-nin Hökumət Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri, “SpaceX” şirkətinin təsisçisi İlon Mask 2026-cı ilin noyabr ayında Marsa süni intellektlə təchiz olunmuş robotlar göndərməyi planlaşdırır.

    Bu haqda o, “X” səhifəsində məlumat paylaşıb.

    Maskın sözlərinə əsasən, kosmik şəraitlə əlaqədar Yer və Mars arasında səyahət 26 aydan bir mümkün olur və növbəti belə bir fürsət təxminən gələn ilin noyabr ayında yaranacaq.

    “Hər şey yaxşı olsa, “SpaceX” avtonom robotlar və Grok süni intellekti tədarük edilmiş “Starship” kosmik gəmilərini Marsa göndərəcək”, - deyə o bildirib.