XƏBƏRLƏR / Seçki

İlqar Məmmədov imza vərəqələrini götürdü

Bu barədə partiya sədri özü bildirib

İlqar Məmmədov imza vərəqələrini götürdü
İlqar Məmmədov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • REAL Partiyasının sədri İlqar Məmmədov deputatlığa namizədlik üçün imza vərəqələrini alıb.

    Bu barədə partiya sədri özü bildirib.

    "22 saylı Nəsimi-Yasamal dairəsində yaşayan 450 vətəndaşın imzasını toplayandan sonra adım səsvermə bülletenində olacaq. Siz hansı dairədə qeydiyyatdasınız? Bunu bilmək istəyirsinizsə, MSK saytına keçid edib yoxlaya bilərsiniz. Nəsimi-Yasamal dairsəndə seçicisinizsə, ofisimizə də gəlib imza qoya bilərsiniz", - İlqar Məmmədov sosial şəbəkədə yazıb.

    Qeyd edək ki, bir müddət əvvəl REAL Partiyası Siyasi Komitəsinin növbədənkənar parlament seçkilərində 13 namizədlə iştirak edəcəyi bildirilib.