XƏBƏRLƏR / Kriminal

İmişlidəki yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Hadisə nəticəsində 2 nəfər ölmüş, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb

İmişlidəki yol qəzası ilə bağlı cinayət işi başlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yanvarın 18-də, saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

    Hadisə nəticəsində 2 nəfər ölmüş, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.

    Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

    ***

    İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

    Baş verən qəza zamanı dünyasını dəyişən azyaşlılar hadisəni törədən polis əməkdaşının qardaşı övladlarıdır.

    Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.