İmran Xan 10 il müddətinə azadlıqdan məhrum edildi
O, dövlət sirrini yaymaqda ittiham olunur
Pakistanın keçmiş baş naziri İmran Xan 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, eyni zamanda sabiq xarici işlər naziri Şah Mahmud Qureşi də 10 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar dövlət sirrini yaymaqda ittiham olunurlar. Söhbət Pakistan səfirinin 2022-ci ildə İslamabada göndərdiyi gizli teleqramdan gedir. O, bildirmişdi ki, Vaşinqton Xanın Ukrayna ilə bağlı neytral mövqeyindən narazıdır. Baş nazir tezliklə tutduğu vəzifədən uzaqlaşdırılmışdı. Müstəntiqlərin fikrincə, İmran Xan sənədin məzmununu icazəsiz şəxslərə açıqlayıbmış.