İndiki neft-qaz böhranı əvvəlkilərdən daha ciddidir
Bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol deyib
Hörmüz boğazının bağlanması nəticəsində yaranan hazırkı neft-qaz böhranı 1973, 1979 və 2002-ci illərdəki böhranların cəmindən daha ciddidir.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol Fransanın "Le Figaro" qəzetinə müsahibəsində bildirib.
"Dünya heç vaxt belə miqyasda enerji təchizatı fasilələri ilə üzləşməyib", - o qeyd edib.
F.Birolun sözlərinə görə, bu təkcə Avropa ölkələrinin deyil, həm də Yaponiya, Avstraliya və digər ölkələrin iqtisadiyyatına təsir göstərib. Neft və qaz qiymətlərinin artmasından, ərzaq məhsullarının bahalaşmasından və inflyasiyanın sürətlənməsindən əziyyət çəkən inkişaf etməkdə olan ölkələr böyük risk altındadır.
"Ötən ay IEA-ya üzv ölkələr öz strateji ehtiyatlarının bir hissəsinin sərbəst buraxılması barədə razılığa gəliblər. Onların bir hissəsi artıq sərbəst buraxılıb və bu proses davam edir", - o vurğulayıb.
1 dəqiqə