İrəvan "yolun açılması" üçün kimin "güc"ünə arxalanır?
Ermənilər hərbi versiyadan da danışırlar
 
                                Ermənistanın xarici işlər naziri bəyan edib ki, “yolun açılması üçün iki variant var” və BMT, ATƏT və ya başqa bir beynəlxalq təşkilatın nümayəndələri göndərilməlidir.
Hərbi versiyadan danışan Mirzoyan yəqin ki, Ermənistanın özünün yox, digər ölkələrin güc tətbiq etməli olduğunu nəzərdə tutur. Yoxsa Ermənistanı nəzərdə tutur?! O, əla...
İstənilən beynəlxalq təşkilatdan beynəlxalq missiya göndərilməsi mövzusunda Türk Dövlətləri Təşkilatını təklif edə bilərik. Niyə də yox?! TTD-da NATO üzvü də var - Türkiyə. Axı Ermənistanın NATO ilə arası yaxşıdır, ona görə də Mirzoyan Stoltenberqlə görüşüb. Həmçinin KTMT-də Ermənistanın iki müttəfiqi var: Qazaxıstan və Qırğızıstan. Ermənistanın diplomatik münasibətləri yavaş-yavaş bərpa etdiyi TTD-də müşahidəçi qismində Aİ üzvü Macarıstan da var. Beləliklə, hər cəhətdən "mükəmməldirlər"...
Təbii ki, Ermənistan xarici işlər nazirinin açıqlamalarında ona sonradan xatırladacaq çox şeylər var.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
										
									 
         
         
         
         1 dəqiqə
									1 dəqiqə 
								 
            
             
            
             
            
             
            
             
            
            