İran ABŞ ilə nüvə danışıqlarından imtina edib
Bu barədə İranın milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi məlumat verib

İran ABŞ ilə nüvə danışıqlarını davam etdirməkdən imtina edib.
“New York Times”ın məlumatına görə, bu barədə İranın milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi dövlət televiziyasında çıxışı zamanı bildirib.
"İran ABŞ ilə nüvə danışıqlarının altıncı raundunda iştirak etməyəcək", - məlumatda qeyd olunub.
Eyni zamanda İran İsrailin hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib - IRNA xəbər verir.