XƏBƏRLƏR / Hərbi

İran Azərbaycanla sərhəddə hərbi təlim keçirir

Bu barədə İranın xəbər agentlkləri məlumat yayıb

İran Azərbaycanla sərhəddə hərbi təlim keçirir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın dəniz donanması Astara şəhərinin şimalında hərbi təlimlər keçirir. Çərşənbə axşamı dövlət mediası Tehranın İsrailə qarşı vəd etdiyi cavab tədbirlərinin artması gözləntiləri fonunda bildirib.

    Təlimlər İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) fərqli bir qurum olan İran ordusunun dəniz qüvvələri tərəfindən keçirilir.

    “Mehr” xəbər agentliyi Astara qubernatorunun müavini Həmid Musəviyə istinadən bildirib ki, təlimlər “İran donanmasının müdafiə qüvvələrini mümkün qədər hərtərəfli hazırlamaq üçün” nəzərdə tutulub.

    Təlim çərşənbə axşamı axşam saat 19:30-da baş tutub, saat 20:30-a qədər davam edib. 

    Musəvi sakinləri hər hansı partlayış səsindən təşvişə düşməməyə çağırıb və bunun təlimin bir hissəsi olduğunu deyib.

    Bu, İranın son üç gündə ikinci hərbi təlimidir.

    Keçən ay "Hizbullah"ın komandirlərindən biri Fuad Şükrün Beyrutda və Tehranda HƏMAS liderlərinin biri İsmayıl Haniyənin öldürülməsindən sonra Yaxın Şərq yüksək hazırlıq vəziyyətindədir. İran və onun regional müvəkkilləri, o cümlədən Livan "Hizbullah"ı bu hücumlarda İsraili günahlandırıb və qisas alacaqlarına söz verib.

    İsrail Fuad Şükrə zərbənin arxasında olduğunu təsdiqləsə də, Haniyənin öldürülməsinə görə məsuliyyəti üzərinə götürməyib.