XƏBƏRLƏR / Hərbi

Ağdamda erməni minasından iki gənc həlak oldu

Faktla bağlı araşdırma aparılır

Ağdamda erməni minasından iki gənc həlak oldu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həlak olublar.

    DİN-in mətbuat xidmətindən bildirilib ki, 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

    Faktla bağlı araşdırma aparılır. 

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Ağdamda iki nəfərin həlak olması ilə nəticələnən mina partlayışı barədə məlumat yayıb.

    ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, martın 16-da Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

    Qadağan olunmuş əraziyə daxil olma nəticəsində baş verən mina partlayışında 1999-cu il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu həlak olub.

    “İşğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür.

    Unutmayın! Məsuliyyətli və diqqətli davranaraq, baş verə biləcək mina hadisələrindən qorunmuş olarıq! ANAMA bir daha vətəndaşlara müraciət edərək icazəsiz səfərlərdən çəkinməyə çağırır”, - məlumatda deyilir.

    Baş Prokurorluq da Ağdamda iki nəfərin mina partlaması nəticəsində həlak olması barədə məlumat yayıb.

    Məlumatda o da bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.