XƏBƏRLƏR / Hərbi

Bakıda payızda ADEX-2026 sərgisi keçiriləcək

Beynəlxalq müdafiə sənayesi sərgisi altıncı dəfədir ki, keçirilir

Bakıda payızda ADEX-2026 sərgisi keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda beynəlxalq müdafiə sənayesi sərgisi olan ADEX-2026 keçiriləcək.

    Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi olan ADEX-2026 30 sentyabr - 2 oktyabr tarixlərində Bakıda keçiriləcək.

    Sərgidə müasir silahlar, PUA-lar, zirehli texnikalar, müşahidə sistemləri və digər innovativ məhsullar nümayiş olunacaq. ADEX-2026 təcrübə mübadiləsi, tərəfdaş ölkələrlə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi və yeni müqavilələrin bağlanması üçün platforma rolunu oynayacaq.