XƏBƏRLƏR / Hərbi

Xəzəryanı dövlətlər dəniz əməkdaşlığı haqda saziş imzalayıb

Sazişə Rusiya, Azərbaycan, Qazaxıstan və İran HDQ komandanları qol qoyublar

Xəzəryanı dövlətlər dəniz əməkdaşlığı haqda saziş imzalayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Xəzəryanı dövlətlər dəniz əməkdaşlığına dair strateji saziş imzalayıblar.

    İran, Rusiya, Qazaxıstan və Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizinin akvatoriyasında təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıb.

    Sənədin imzalanması Sankt-Peterburqda Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının görüşü çərçivəsində baş tutub. Qeyd edildiyi kimi, saziş region ölkələri arasında hərtərəfli əməkdaşlığın inkişafını nəzərdə tutur və vurğulanır ki, Xəzər dənizinin təhlükəsizliyini müstəsna olaraq Xəzəryanı dövlətlər özləri təmin etməlidir.

    Sənəddə ayrıca qeyd olunub ki, Xəzərlə bağlı məsələlərə xarici və ya transregional qüvvələrin müdaxiləsinə yol verilmir.

    Görüş iştirakçıları Xəzər dənizinin sahilyanı ölkələrin kollektiv məsuliyyət zonası, onların qarşılıqlı etimad və əməkdaşlığının simvolu olaraq qaldığını vurğulayıblar.

    Rusiya Federasiyasının Müdafiə Nazirliyi (MN) xəbər verir ki, Rusiya tərəfi Azərbaycan, İran və Qazaxıstana 2026-cı ildə Xəzər dənizində birgə hərbi dəniz təlimi keçirməyi təklif edib.