BLOQ

İran Culfası, yoxsa erməni Culfası?

İranda Culfaya yeni "turist marşrutu" açılıb guya...

İran Culfası, yoxsa erməni Culfası?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Qısaca redəktəm var bu cür marşrutlara - siz təbliq etdiyiniz fars, erməni abidələri çoxdan yerin altlndadır. Yerin üstündə isə bizik - türklər. Və siz niyə biz DİRİləri görməyirsiniz bu marşrutlarda?

    Niyə bu marşrutlarda ancaq ÖLÜlər, ölmüşlər sizin maraq dairənizdədir?

    İranda Culfaya yeni "turist marşrutu" açılıb guya. Müasir Sindibadlar üçün təklif edilən marşrutda, inanın, bircə tumluq, bircə nümunə islam, müsəlman abidəsi yoxdur ki, necə deyərlər, dişinə, gözünə, əlinə vurasan. Ancaq tələm-tələsik "Avropa remontundan çıxmış" erməni qriqoryan kilsələri, ilk xristianların yeraltı mağaraları, müqədddəs Asyanın göz yaşları, monastrlar...həəəə....deyəsən, Tehran rejimi Güneydə heç müsəlman abidələrini belə tirajlamaq istəmir...

    İranın Mədəniyyət və Turizm Nazirliyi çoxdan antiislam, antişiə, antiazərbaycan, antitürk mövqei ilə tanınır. O, İran XİN ilə birgə sırf fars "Ariana" layihəsini ölkədə təbliğ edir. Elə xaricdə də. Təbliğatları, turistik marşrutları ancaq elə həmin "Ariana" layihəsi çərçivəsindədir.

    Orada yalnız fars abidələri var, bir də erməni kilsələri...

    Və bu "mədəniyyət və turizm" standartlarını İran dünyada, xüsusən Avropada təbliğ edir.

    Bu turist, mədəniyyət marşrutlarında ancaq farslar var, bir də ermənilər.

    Bu marşrutlarda heç şiə ziyarətgahları, imamzadələri də yoxdur, qalsın türk Azərbaycan abidələri.

    Köçəri türk alaçıqları, tərəkəmə həyat tərzi, qısası, "nomadizm" bu marşrutlarda yasaqdır.

    Qısaca redəktəm var bu cür marşrutlara - siz təbliq etdiyiniz fars, erməni abidələri, çoxdan yerin altlndadır. Yerin üstündə isə bizik - türklər. Və siz niyə biz DİRİ-ləri görməyirsiniz bu marşrutlarda?

    Niyə bu marşrutlarda ancaq ÖLÜ-lər, ölmüşlər sizin maraq dairənizdədir?

    NO komment, necə deyərlər...