İran diplomatiyasının klassiki riskə gedir
Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində İranın vitse-prezidenti Cavad Zərif müsahibə verib
Dünya İqtisadi Forumu çərçivəsində İranın vitse-prezidenti C. Zəriflə müsahibəyə baxdım...
İran diplomatiyasının klassiki nala-mıxa vurur, kəskin sualların cavabını qaytarıb hücuma keçir...
Forma və məzmun baxımından çox maraqlıdır...
Maraqlısı budur ki, Zərif HƏMAS-ın hücumundan iki gün sonra İranın nüvə proqramı ilə bağlı İran-Amerika danışıqlarının keçirilməli olduğunu deyib...
Və daha bir şey - müsahibədəki mesajlar həm beynəlxalq ictimaiyyətə, Tramp administrasiyasına, həm də paralel olaraq İran dini rəhbərinə ünvanlanıb. Sonda Zərif açıq şəkildə dedi ki, Pezeşkian yox, Cəlili seçilsəydi, o zaman böyük regional müharibənin qarşısını almaq olmazdı...
Şəxsi müstəvidə o, çox açıq şəkildə qeyd etdi ki, uşaqları ABŞ vətəndaşlarıdır və işə məhkəmədə baxıldığını qeyd etdi, məhkəmə qərar çıxarsa, o, vəzifədən getməyə məcbur olacaq...
Xarici aləmdə daxili siyasətin müzakirəsi İran üçün xarakterik deyil, bu, risk deməkdir, və Zərif bu riskə getdi.
Zərifin xətti - bizim əvəzimizə fanatiklər gəlib regional müharibəyə başlayacaq, ona görə də İranda Pezeşkian hökumətini danışıqlar və nəticələrlə gücləndirməliyik...