BLOQ

Fitrə zəkatı

Fitrə zəkatını kimlər kimlərə verməlidir?

Fitrə zəkatı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şəriət kitablarında fitrə zəkatının miqdarı 3 kq arpa, buğda, kişmiş, xurma və s göstərilir.

    Amma... 3 kq arpa və ya buğdanın 1 kilosu bu gün alıcıya 30-35 qəpiyə təqdim olunur. 3 kq edir təxminən 1 manat. Bəs xurma? 5-45 manat arası. Kişmiş də 7-17 manat arası... indi necə olsun?

    Çox sadə! Bir millətin yeməyini əsas hansı qida məhsulu təşkil edirsə, onunla da hesablanmalıdır. Və ya bir insanın bir günlük yemək xərci orta hesabla nə qədərdirsə, o qədər  ödənilməlidir. Yəni, təxminən adambaşı 6-7 manat. Əlbəttə, bu maddi təminatlı ailələrə aiddir.

    Fitrə zəkatını kimlər kimlərə verməlidir?

    1.  Fitr bayramı günü ehtiyacı olan, ailəsinin ehtiyacını qarşılaya bilməyən, müalicə və dərmanlara pulu olmayan, zəruri borc alan şəxslərə verilir.

    2.Fitrənin miqdarı ən azı bir insanın bir günlük azuqə xərci miqdarındadır. Bu, yaşayış yerinə görə dəyişə bilər. Yaşadığımız cəmiyyətdə adam başına 6-7 manat (Çox da vermək olar) olmalıdır.

    3. Fitrə verilən şəxs başqasına fitrə vermir.

    4. Borc edib fitrə verilmir.

    5. Fitrə pulunu köçürmə yolu ilə də etmək olar.

    6. Fitrəni ailənin xərclərini təmin edən şəxs verir.

    7. Bir evdə bir neçə nəfər işləsə və bərabər maaş alınsa, fitrə ümumi ailə büdcəsindən verilir.

    8. Ana bətnində olan uşağın adına da fitrə verilir.

    9. Tələbələr başqalarının himayəsi altında olduqlarından fitrə vermirlər.

    10. Qohumlardan ehtiyacı olan varsa, ilk olaraq onlara verilir.

    11. Kommunal borcu və ya digər ödənişi olan şəxs əgər onları ödəməkdə çətinlik çəkmirsə, yəni ayın sonu maaş almaqla və ya alver etməklə əlinə pul gələcəyinə əmindirsə fitrə verməlidir.