İran İsrail gəmilərinə PUA-larla hücum edib
İsrail hərbi kəşfiyyatı 2 gəmiyə hücum olmasını təsdiqləyir
Fars körfəzində israilli milyarder Eyal Oferə məxsus "Campo Square" ticarət gəmisinə hücum edilib. Hücum İranın Şahed-136 PUA-sı ilə həyata keçirilib. İsrailin Kanal 13-ün məlumatına görə, bu, 2023-cü il yanvarın 28-də İsfahanın atəşə tutulmasına İranın cavabı olub. Tələfat yoxdur.
Campo Square neft tankerinə Iranın "Şahed-136" dronuyla hücum xəbərindən dərhal sonra Dubayın Cebel Əli limanında MY PRINCESS adlı daha bir İsrail ticarət gəmisinin batması barədə xəbərlər yayılıb (Intelli Times-ın Twitter hesabı- İsrail hərbi kəşfiyyatı AMAN-ın ruporu olan media resursu).