XƏBƏRLƏR / Münaqişə

Baqiri: İran İsrailə qarşı mütləq əməliyyat keçirəcək

"The New York Times": İsrail və ABŞ İranın İsrailə qarşı cavab tədbirləri görməsinə hazırdır

Baqiri: İran İsrailə qarşı mütləq əməliyyat keçirəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Baqiri: İsrailə qarşı əməliyyat mütləq həyata keçiriləcək.

    “İsrailin hücumu cavabsız qalmayacaq, əməliyyatın vaxtını, növünü və üsulunu müəyyənləşdirəcəyik, o, mütləq əsaslı sürətdə həyata keçiriləcək, düşməni etdiyinə görə peşman edəcəyik”.

    Bu arada The New York Times qazeti yazır ki, İsrail və ABŞ İranın İsrailə qarşı cavab tədbirləri görməsinə hazırdır.

    Nəşrin məlumatına görə, ABŞ və İsrail hakimiyyəti aprelin 1-də Dəməşqdəki konsulluğuna hücumdan sonra İrandan mümkün cavab hücumları ərəfəsində Yaxın Şərqdəki silahlı qüvvələrini yüksək hazırlıq vəziyyətinə salıb.