İran Naxçıvana yeni Baş konsul təyin edib
Əziz Mənsuri bu vəzifədə Seyid Əhməd Hüseynini əvəz edib
İran Naxçıvana yeni Baş konsul təyin edib.
Əziz Mənsuri İranın Naxçıvan Muxtar Respublikasındakı yeni Baş konsulu təyin olunub.
O, bu vəzifədə Seyid Əhməd Hüseynini əvəz edib.
Yeni Baş konsul Təbrizdə Şərqi Azərbaycan valisi ilə görüşüb.
Əziz Mənsuri görüşdə Naxçıvan Muxtar Respublikası ilə münasibətlərə toxunaraq İran və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsində Şərqi Azərbaycan vilayəti ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.