İran Ordusunun komandanı Azərbaycanla qardaşlıqdan danışıb
Bunu Seyid Əbdürrəhim Musəvi Təbrizdə cümə namazından əvvəlki çıxışında bildirib
İran Ordusunun baş komandanı: “İran-Azərbaycan əlaqələri həmişə qardaşlıq, dostluq və mehriban qonşuluğa əsaslanıb”
Tasnim News xəbər verir ki, İran Ordusunun baş komandanı general-mayor Seyid Əbdürrəhim Musəvi aprelin 14-də Təbrizdə cümə namazından əvvəlki çıxışında İran İslam Respublikasının heç bir ərazi işğalını təsdiq etmədiyini vurğulayaraq deyib: “İran və Azərbaycan arasında əlaqələr həmişə qardaşlıq, dostluq və mehriban qonşuluq üzərində qurulub”.
Eyni zamanda, o əlavə edib ki, "İran İslam Respublikasının heç bir ərazi işğalını təsdiqləm'yib. Qeyri-işğalçılıq, geosiyasi və coğrafi sabitliyin bərqərar olması, ölkələrin ərazi sərhədlərinə hörmət və mehriban qonşuluq İran İslam Respublikası tərəfindən daim vurğulanıb və böyük əhəmiyyət kəsb edir. İran və Azərbaycan arasında münasibətlər həmişə qardaşlıq, dostluq və mehriban qonşuluq üzərində qurulub və iki ölkə arasında hərbi əlaqələr də daxil olmaqla, bütün sahələrdə münasibətlər gələcəkdə də inkişaf edəcək”.