İran qoşunları Zəngəzura yerləşdiriləcək?
İran hərbçisinin bu ərazidə görünməsi üçün hansı hüquqi əsaslar var?
Belə təəssürat yaranır ki, Ermənistan rəhbərliyi İran qoşunlarının Zəngəzura yerləşdirilməsi ideyasından ehtiyatlanır.
Tez-tez və “vizual” qarşılıqlı, deklorativ, siyasi təkliflərə baxmayaraq, “qarşılıqlı yardım haqqında” hər hansı ikitərəfli sazişin hazırlanması barədə məlumat yoxdur. Yəni, İran hərbçisinin Ermənistan ərazisində görünməsi üçün heç bir hüquqi əsas yaradılmayıb.
Və əgər tutaq ki, erməni təxribatı olarsa, Azərbaycan hərbçisi Zəngəzurda düşmənin atəş nöqtələrini sıxışdırmağa məcbur olacaqsa, İran ordusunun hərbçisi orada ancaq işğalçı kimi peyda ola bilər...
Bu qeyri-təbii birliyin hüquqi qeydiyyatının niyə baş tutmadığı sualına iki mümkün cavab var:
- Ermənistan rəhbərliyi hazır deyil; bu, Qərb və Rusiya ilə münasibətlər sisteminin dağılmasına gətirib çıxaracaq;
- İran rəhbərliyi hazır deyil; bu addım üçün Qərb və Rusiya Federasiyası ilə qarşıdurmaya, ən əsası isə ölkə əhalisinin etirazlarına və siyasi elitada etnik zəmində parçalanmaya hazır olmaq lazım gələcək.
Yuxarıda deyilənlərlə əlaqədar olaraq, “müttəfiqliyin” yeganə forması özünü göstərir - ərəb ölkələrindən və İranın özündən “İran vaqneritləri”nin cəlb olunmaqla bu sahədə proksi fəaliyyəti.
Belə bir perspektiv, yumşaq desək, nikbin görünmür, ilk növbədə Ermənistanın özünə, ən əsası isə onların yerləşməyə başlayacağı ərazilərə...