XƏBƏRLƏR / Kriminal

İran şahının 1-ci arvadına bağışladığı boyunbağı oğurlanıb

Zinət əşyası Vyana Tətbiqi Sənətlər Muzeyindən oğurlanıb

İran şahının 1-ci arvadına bağışladığı boyunbağı oğurlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şah soyğunu: Vyana Tətbiqi Sənətlər Muzeyindən təxminən 4,3 milyon dollar dəyərində "Van Cleef & Arpels" boyunbağı oğurlanıb.

    Əsər 1939-cu ildə Misir şahzadəsi Fəvziyyə və İran vəliəhdi Məhəmməd Rza Pəhləvinin toyu üçün hazırlanıb.

    "Sarawak Tribune" qəzetinin məlumatına görə, boyunbağı platindən hazırlanıb və ümumi çəkisi təxminən 200 karat olan 673 brilyantla bəzədilib.

    Muzey zərgərlik sərgisi zamanı oğurluğu təsdiqləyib və heç kimin xəsarət almadığını açıqlayıb. Polisin məlumatına görə, iki naməlum şəxs muzeyin iş saatı ərzində vitrini sındırıb, boyunbağını götürüb qaçıb.