XƏBƏRLƏR / Münaqişə

İran Trampdan hərbi hücumu təxirə salmağı xahiş edib?

İranın XİN sözçüsü Ismail Bəqai məlumatı təkzib edir

İran Trampdan hərbi hücumu təxirə salmağı xahiş edib?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:15

    İran Xarici İşlər Nazirliyinin sözçüsü Ismail Bəqai: Əraqçi ilə Uitkoff arasında yazışmalar barədə yayılan xəbərlər "yalandır".

    O qeyd edib ki, "bu iddia həqiqətə uyğun deyil və sionist rejimin yalanlar seriyasının daha bir yalanıdır".

    Bundan əlavə, Avropa Parlamentinin SEPAH-ı terror təşkilatı kimi tanımaq çağırışına münasibət bildirən Bəqai bildirib ki, "ölkənin rəsmi silahlı qüvvələrinin bir hissəsinin terrorçu təşkilat kimi tanınması beynəlxalq hüquqa ziddir və ciddi nəticələrə səbəb olur".

    O, Avropa ölkələrini ehtiyatlı olmağa və "Vaşinqtonun başlatdığı bu cür hərəkətlərin tələsinə" düşməməyə çağırıb.

    ***

    13:37

    ABŞ Prezidentinin elçisi Stiven Uitkoff prezident Donald Trampa İranın xarici işlər naziri Abbas Əraqçinin WhatsApp mesajını və prezident Məsud Pezeşkianın yazılı zəmanətini çatdırıb - "İsrael Hayom"

    Nəşrin yüksək vəzifəli İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, mesajların əsas məqsədi ABŞ prezidentini hərbi hücumu təxirə salmağa inandırmaq olub.

    Yüksək vəzifəli İsrail mənbəsinin məlumatına görə, Trampın elçisi İranla diplomatik razılaşma əldə etmək üçün çalışır.