XƏBƏRLƏR / Siyasət

İran və Rusiya səfirləri Bakıda görüşüb

Bu barədə İranın Azərbaycandakı səfirliyinin twitterdəki hesabında məlumat paylaşılıb

İran və Rusiya səfirləri Bakıda görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Rusiya səfiri Mixail Boçarnikovla görüşüb. Bu barədə İranın Azərbaycandakı səfirliyinin twitterdəki hesabında məlumat paylaşılıb. Diplomatlar Cənubi Qafqaz regionunda baş verən son hadisələri, "3+3" təşəbbüsünü, eləcə də iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı, həmçinin Şimal-Cənub dəhlizini müzakirə ediblər.