XƏBƏRLƏR / Hərbi

İran və Rusiya Xəzərdə hərbi dəniz təlimləri keçirir

Bu barədə təlimin rəsmi nümayəndəsi, birinci dərəcəli kapitan Abbas Həsəni məlumat verib

İran və Rusiya Xəzərdə hərbi dəniz təlimləri keçirir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın Xəzər dənizindəki ərazi sularında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin iştirakı ilə dəniz təhlükəsizliyini təmin etmək məqsədilə hərbi dəniz təlimləri başlayıb.

    Bu barədə təlimin rəsmi nümayəndəsi, birinci dərəcəli kapitan Abbas Həsəni məlumat verib.

    “Manevrlərdə həm Hərbi Dəniz Qüvvələrinin gəmiləri, həm də dəniz aviasiyasının nümayəndələri, o cümlədən Derafş, Separ və Peykan idarəolunan raket esminesləri, iki AB-212 helikopteri və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin (SEPAH) Şahid Bəsir gəmisi iştirak edəcək.

    Həmçinin, Rusiyanın SB-45 gəmisi də bu yaxınlarda İranın ərazi sularına daxil olub və [təlimlərdə] iştirak edəcək”, - deyən Həsəninin sözlərinə görə, Xəzəryanı ölkələrin nümayəndələri manevrlərdə müşahidəçi qismində iştirak edirlər.

    Birinci rütbəli kapitanın qeyd etdiyi kimi, təlimin mərhələlərindən biri artıq bazar ertəsi baş tutub, bu müddət ərzində İran və Rusiya hərbi dəniz qüvvələri hazırlanmış ssenari əsasında ticarət gəmisində baş vermiş yanğının söndürülməsi, qurbanların xilas edilməsi və ilkin göstərişə əsasən nəticələrin aradan qaldırılması üzrə məşq ediblər. 

    İranın "Fars" agentliyi xəbər verib ki, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus SB-45 yedək gəmisi xilasetmə və dəniz təhlükəsizliyi təlimlərində iştirak etmək üçün Xəzər dənizində İranın ərazi sularına daxil olub.