XƏBƏRLƏR / Diplomatiya

İrana sanksiya tələb edən Fransa əlaqələri möhkəmləndirir

İran və Fransanın xarici işlər nazirləri telefonla danışıblar

İrana sanksiya tələb edən Fransa əlaqələri möhkəmləndirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran və Fransanın xarici işlər nazirləri Əraqçi və Barrot telefonla nüvə danışıqları və regional siyasət çərçivəsində son hadisələri müzakirə ediblər.

    Əraqçi Avropa ölkələrinin, xüsusən də Fransanın İrana qarşı yeni sanksiyalarla bağlı hərəkətlərini tənqid edərək, onları “əsassız və təxribatçı” adlandırıb.

    O, Almaniya, Fransa və İngiltərənin bu qətnamənin MAQATE-nin Rəhbərlər Şurasının iclasında təqdim edilməsi qərarını pisləyib və deyib ki, bu addım İranın Agentliklə əlaqələrində yaradılan müsbət atmosferə ziddir.