XƏBƏRLƏR / Təbiət

İranda 5,3 maqnitudada zəlzələ olub

Bu barədə SNN agentliyi məlumat yayıb

İranda 5,3 maqnitudada zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın mərkəzindəki İsfahan vilayətində yerləşən Zavare şəhəri yaxınlığında 5,3 maqnitudada zəlzələ baş verib.

    Bu barədə SNN agentliyi məlumat yayıb.

    Zəlzələ ocağı Zavare şəhəri yaxınlığında 10 kilometr dərinlikdə qeydə alınıb. Qum və Tehran sakinləri də yeraltı təkanları hiss ediblər.

    Dağıntı və ya tələfat barədə məlumat yoxdur.