İranda bir ailənin bütün üzvləri intihar edib
İntihar hadisəsi Durudda baş verib
İranın Luristan əyalətinin Durud şəhərində bir ailənin 4 üzvü həyatına qəsd edib.
Məlumata görə, maddi problemlər ucbatından ana özünü, 3 yaşlı qızı Fatimə və 5 yaşları olan Həsən və Hüseyn adlı iki əkiz oğlunu zəhərləyərək öldürüb.
Qeyd edək ki, son illər İranda intihar halları kəskin artıb. Məişət problemləri ilə yanaşı, fərdi azadlıqların məhdudlaşdırılması, depressiv problemlərin çoxalması bu məsələdə əhəmiyyətli rol oynayır.