İranda həbsdə olan vətəndaşımız Bakıya təhvil verilib
Bu barədə “Tasnim” məlumat yayıb
İranda həbsdə olan Azərbaycan vətəndaşı ölkəmizə təhvil verilib.
Bu barədə “Tasnim” məlumat yayıb.
Qeyd edilib ki, İranda həbsdə olan Azərbaycan Respublikası vətəndaşı Validə Yusifova azad edilərək Astara sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib.
Məlumata əsasən, Validə Yusifova iki il əvvəl Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə "casusluq ittihamı" ilə həbs edilib.