İranda limandakı partlayışla əlaqədar iki nəfər saxlanılıb
Bu barədə "İzvestiya" məlumat yayıb

İran iqtidarı Şəhid Rəcai limanındakı partlayışla əlaqədar iki nəfəri saxlayıb.
Bu barədə "İzvestiya" bildirib.
Məlumata görə, saxlanılanlardan biri özəl şirkətdə işləyir, digəri isə dövlət qulluğunda çalışır.
İstintaq davam edir, baş verənlərin bütün təfərrüatlarını aydınlaşdırmaq üçün “əlavə araşdırmalar” aparılması tələb olunur.
Xatırladaq ki, aprelin 26-da Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında güclü partlayış baş verib. İran Daxili İşlər Nazirliyi hadisənin səhlənkarlıq nəticəsində baş verdiyini bildirib.
Partlayış və yanğın nəticəsində 70 nəfər ölüb.