XƏBƏRLƏR / Hadisə

İranda mədəndə partlayış nəticəsində 6 nəfər ölüb

Bu barədə İRNA məlumat yayıb

İranda mədəndə partlayış nəticəsində 6 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın şimalındakı Semnan vilayətində mədəndə baş verən partlayış nəticəsində 6 nəfər ölüb.

    Bu barədə İRNA məlumat yayıb.

    “Bazar ertəsi səhər saatlarında baş verən partlayış nəticəsində Tazre Damqan kömür mədənində dağıntılar altında qalan 6 fəhlənin meyiti tuneldən çıxarılıb”, - agentlik bildirib.

    Qeyd olunub ki, qəza 700 metrlik dərinliyə sahib mədənin 400 metrliyində olub.