İranda ölkənin ali rəhbərliyinin nümayəndəsi güllələnib
Ayətullah Abbas Əli Süleymani ali dini lideri seçən Ekspertlər Şurasının üzvü idi
Bu gün İranın Babolsər şəhərində Ayətullah Abbasəli Süleymani naməlum şəxs tərəfindən güllələnərək öldürülüb.
Qeyd edək ki, qətlə yetirilən molla İran rəhbəri Əli Xameneyinin Sistan və Bəlucistan əyalətindəki keçmiş nümayəndəsi və etnik bəlucların yaşadığı Zahidan şəhərinin sabiq imam-cüməsi olub.
Ayətullah Abbas Əli Süleymani ali dini lideri seçən Ekspertlər Şurasının üzvü idi.