Ərdoğan erməni kilsəsinin patriarxına başsağlığı verib
Bu barədə Türkiyə mətbuatı xəbər verir

Türkiyə Prezidenti R.T.Ərdoğan erməni kilsəsinin Konstantinopol patriarxı Sahak Maşalyana başsağlığı verib.
Ərdoğan arxiyepiskop Maşalyanla telefon danışığında atası Akop Maşalyanın vəfatı ilə bağlı başsağlığı verib, Türkiyə mətbuatı xəbər verir.
Din xadiminin atası 93 yaşında dünyasını dəyişib.