XƏBƏRLƏR / Qonşular

Delimitasiya üzrə komissiya yanvarın 31-də görüşəcək

Komissiyaya Azərbaycandan Şahin Mustafayev, Ermənistandan isə Mher Qriqoryan sədrlik edir

Delimitasiya üzrə komissiya yanvarın 31-də görüşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların iclası yanvarın 31-nə planlaşdırılıb. Bu barədə Ermənistan baş nazirinin müavininin ofisindən bildirilib.

    Bundan əvvəlki görüş ötən il noyabrın 30-da baş tutub. İclasa hər iki ölkənin baş nazirinin müavinləri – Azərbaycandan Şahin Mustafayev və Ermənistandan Mher Qriqoryan sədrlik edib.

    Görüşün yeri elan edilməyib. Qeyd edək ki, noyabrın 30-da keçirilən görüş Qazax rayonu ilə Tavuş rayonı arasındakı şərti sərhəddə baş tutmuşdu.