İranda prezidentliyə dörd namizəd qaldı
Əlirza Zakani və Əmir Hüseyn Qazizadə Haşimi namizədliyini geri götürüb
İranda prezidentliyə namizəd Əlirza Zakani də iyunun 28-də keçiriləcək prezident seçkilərindən geri çəkildiyini açıqlayıb.
Əlirza Zakani sosial media hesabından verdiyi açıqlamada növbədənkənar prezident seçkilərində namizəd kimi iştirak etməyəcəyini bildirib.
Bundan əvvəl Əmir Hüseyn Qazizadə Haşimi də namizədliyini geri götürüb.
Beləliklə, sabah keçiriləcək seçkilərdə dörd namizəd qalıb:
Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri.
İran yeni prezidentini seçmək üçün sabah, iyunun 28-də seçkiyə gedəcək.