İranda saxlanılan Fərid Səfərli ilə bağlı iş aparılır
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib
Hələ yanvar ayında Azərbaycan XİN İrana səfərlərin məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq etmişdi. Tehranda səfirliyimiz fəaliyyətini dayandırdıqdan sonra Azərbaycanın İranda diplomatik təmsilçiliyi çox məhduddur.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir diqqətə çatdırıb ki, hələ yanvar ayının sonunda Azərbaycan tərəfi səyahət xəbərdarlığı edib, xüsusi bir ehtiyac olmadığı təqdirdə vətəndaşlarımızın belə səyahətlərdən çəkinməsinə çağırış edilib. B”ütün bunlara baxmayaraq, həmin hadisə - azərbaycanlı tələbənin İranda saxlanılması ilə bağlı məlumat daxil olduqdan dərhal sonra nazirlik tərəfindən İran XİN-ə nota təqdim olunub, eyni zamanda, bizim baş konsulluğumuz fəaliyyətə keçib. Həmin şəxsin taleyi ilə bağlı informasiyanın əldə olunması kifayət qədər uzun müddət çəkdi. Bir neçə həftə sonra biz İran tərəfindən rəsmi məlumat aldıq ki, həmin şəxs saxlanılıb, o, ittiham olunur və ona qarşı cinayət işi açılıb. İrandakı baş konsulluğumuzun əməkdaşları ilə tələbə arasında əlaqə var. Eyni zamanda, fiziki olaraq görüşün təşkili istiqamətində iş aparılır. Tələbənin ailə üzvləri ilə də mütəmadi əlaqə saxlanılır, məsələ nəzarətimizdədir”, - deyə nazir qeyd edib.