XƏBƏRLƏR / Diplomatiya

İrandakı səfirimiz Ərdəbilin qubernatoru ilə görüşüb

Əli Əlizadə Məsud İmami ilə bir sıra məsələləri müzakirə ediblər

İrandakı səfirimiz Ərdəbilin qubernatoru ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Tehranda Ərdəbil əyalətinin qubernatoru Məsud İmami ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib.

    Qubernator İmama Ərdəbilin turizm, kənd təsərrüfatı, mədənçilik və emal sənayesi sahələrində investisiya potensialını təqdim edib və xarici investisiyaların cəlb edilməsində maraqlı olduğunu bildirib. O, həmçinin Azərbaycan səfirini Ərdəbildə keçiriləcək Beynəlxalq İnvestisiya Forumunda iştirak etməyə dəvət edib.

    Görüşdə nəqliyyat və yol tikintisi sahəsində əməkdaşlıq, birgə mədəni və ədəbi tədbirlər, eləcə də qarşılıqlı gömrük problemlərinin həlli məsələləri müzakirə olunub.

    Əsas nəticələrdən biri tərəflərin Ərdəbil ilə Azərbaycanın şəhərlərindən biri arasında qardaşlıq sazişinin hazırlanması barədə razılığa gəlməsi olub.

    Görüşün sonunda tərəflər dialoqu davam etdirmək və əldə edilən razılaşmaların həyata keçirilməsini təmin etmək niyyətlərini təsdiqləyiblər.

    İRNA