XƏBƏRLƏR / Diplomatiya

Moskvada Fidan və Lavrov arasında danışıqlar baş tutub

Rusiya və Türkiyə xarici işlər nazirlikləri xəbər verib

Moskvada Fidan və Lavrov arasında danışıqlar baş tutub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:37

    Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqları zamanı Cənubi Qafqazdakı vəziyyəti və Bakı ilə Yerevan arasındakı sülh prosesini müzakirə etdiyini açıqlayıb.

    "Cənubi Qafqazdakı vəziyyəti və Azərbaycanla Ermənistan arasındakı sülh prosesini ətraflı müzakirə etdik. Bu, regionda sülhün təmin edilməsi üçün çox vacib bir aspektdir", - deyə Fidan Moskvada keçirilən mətbuat konfransında bildirib.

    ***

    15:20

    Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri arasında danışıqlar başlayıb.

    Görüşdə Sergey Lavrov bildirib ki, Rusiya Türkiyənin Ukraynadakı münaqişənin həllinə kömək etməkdəki marağını yüksək qiymətləndirir.

    Öz növbəsində Hakan Fidan Moskva ilə Ankara arasında münasibətlərin möhkəmlənməyə davam etdiyini qeyd edib və Türkiyənin vasitəçilik yolu da daxil olmaqla, sülh yolu ilə həll yoluna nail olmaq üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu vurğulayıb.