XƏBƏRLƏR / Diplomatiya

Londonda Ukrayna və Böyük Britaniya danışıqları

Məlumatı Ukrayna Xarici İşlər Nazirliyi yayıb

Londonda Ukrayna və Böyük Britaniya danışıqları
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Londonda Ukrayna və Böyük Britaniya nümayəndələri arasında danışıqlar gedir.

    Görüşdə britaniyalı həmkarları David Lammi və Con Healy ilə danışan Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa və müdafiə naziri Rustem Umerov iştirak edir.

    Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, tərəflər Ukraynanın möhkəmləndirilməsi və uzunmüddətli sülh və təhlükəsizliyin təmin edilməsi yollarını müzakirə edəcəklər.

    Londonda Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna və ABŞ Xarici İşlər nazirliklərinin rəhbərləri səviyyəsində keçirilən görüş uğursuzluqla nəticələnib. Britaniya hökuməti danışıqların səviyyəsinin aşağı salındığını bildirib. Donald Trampın Rusiyanın Krım üzərində nəzarətinin tanınmasını ehtiva edən sülh planının Britaniya paytaxtında müzakirə olunacağı gözlənilirdi. Kiyev belə bir ehtimalı istisna edir