İran Məkkə Sazişini özünə qarşı yönəlmiş hesab etmir
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Beqai bildirib
İran Xarici İşlər Nazirliyi: Tehran Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanın Məkkə razılaşmasını özünə qarşı yönəlmiş hesab etmir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Beqai bildirib ki, Tehranın Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında üçtərəfli razılaşmanı İranı hədəf alan kimi görməsinə heç bir səbəbi yoxdur.
Onun sözlərinə görə, regional əməkdaşlıq üçün yeni formatın ortaya çıxması Yaxın Şərq dövlətlərinin yalnız ABŞ-a və digər xarici güclərə güvənmək əvəzinə, öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etmək istəklərini nümayiş etdirir.
Beqai qeyd edib ki, regiondakı ölkələr tədricən təhlükəsizlik sahəsində öz imkanlarına və yanaşmalarına güvənməyin, dağıdıcı xarici müdaxilədən qaçınmağın vacibliyini anlamağa başlayırlar.
1 dəqiqə