İyulun 15-də İrandan Yəmənə qaçaqmalçılıq yolu ilə raket hissələrinin daşınması üçün istifadə edilən gəminin yoxa çıxması məlum olub.
Xarici media yazır ki, gəmi üç gün əvvəl yoxa çıxıb.
Onların sözlərinə görə, gəmidə iranlı mütəxəssislər də olub. Gəminin yoxa çıxdığı gün ABŞ kəşfiyyatının İranı husilərin beynəlxalq dəniz ticarət yollarına hücumlar etmək üçün istifadə etdiyi silahları tədarük etməkdə ittiham etdiyi bir hesabat yayımlandı.