BLOQ

İranın üçüncü gücü

İrandaxili siyasi proseslər özünün pik nöqtəsinə, kəllə-çarxa gəlib çıxıb

İranın üçüncü gücü
Mehdi Sənai
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İranda ölkədaxili proseslər, qüvvələr nisbətini dəyişib xeyli. "Sepah"la İran XİN-i bir cütlükdür indi. Suriya məğlubiyyətindən sonra antirusiya mövqelərini birgə əməllərındə, mesajlarında sərgiləməkdən çəkinmirlər.

    Lavrovla Abbas Əraqçinin son Tehran qapalı dialoqlarını, misal üçun, "Sepah"a bağlı bloger Əli Gülhaqi ictimailəşdirib.

    Bununla da:

    1. "Sepah" ilə İran XİN-nin siyasi tandemini anonslayıb.

    2. Lavrovun təklif etdiyi "ABŞ-la dialoqda Rusiya vasitəçiliyi"ni bloklayıb.

    3. Lavrovun ABŞ-dan gətirdiyi məktuba qarşı Qətərdən gələn ABŞ məktubunu sərgiləyib və nəticədə...
    Və son nəticədə Trampın İrana üçüncü - Omandan gələn məktubu diqqətə alınıb.
    Danışıqlar masasına qonub.

    Rusiyanın xarici işlər naziri Sergey Lavrovun gətirdiyi ABŞ məktubu İran mühafizəkarlarını silahlandırıdı. Yəni, ruspərəst "Ettelaat"la İran Ərteşini (İran Hərb Nazirliyi).
    Qətərdən gələn məktub isə Zərif-Pezeşkian qanadının siyasi silahı idi.

    Xamenei bu İrandaxili parçalanmaya adətən üçüncü qüvvəni - mühafizəkarlarla liberallarin vahid qrupunu çıxarır.

    Omandakı ABŞ-İran dialoqunu da, bax, bu vahid qruplaşma aparacaq.

    Bakiya gəlmış Mehdi Sənai də, bax, bu üçüncü qüvvəni təmsil edir. Moskvada altı il səfir işləyib. "Ettelaat" kəşfiyyat naziri Əli Yunisinin kürəkənidir. Yeganə övladı Arifə Moskvada 9-cu mərtəbədən atılaraq intihar edib guya. Deyilənlərə ğörə, kəşfiyyat oyunlarının qurbanı olub əslində.

    Beləliklə, Omanda da, Bakıda da danışıqları İranın üçüncü qüvvəsi aparır. Liberallarla mühafizəkarların vahid dəstəsi.

    Demək...

    Demək, Tehran həm Bakıya, həm Omandaki danışıqlara eyni ssenarinin bir hissəsi kimi baxır.
    Bax, bu üçüncü qüvvə də deyəsən İranin yeni hakim qüvvəsi olacaq.