İraqda şəhid olan türk hərbçilərinin sayı 12-yə çatdı FOTO
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb YENİLƏNİB

12:15
İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun daha üç hərbçisi şəhid olub.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 6 iyul 2025-ci il tarixində ”Pençe-Kilit” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin istifadə etdiyi bir mağarada aparılan əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənən daha dörd hərbçidən üçü həyatını itirib.Şəhid olan hərbçilərin sayı 12-yə yüksəlib.
Qeyd edilib ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər yoxlamalar aparmaq və şəhidlərin vida mərasimlərində iştirak etmək üçün bölgəyə gedib.
***
08:50
İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun daha üç hərbçisi şəhid olub.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla da sözügedən əməliyyatda ölən hərbçilərin sayı 8-ə çatıb.
***
06.07.2025-ci il
18:25
İraqın şimalında bir mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun 19 hərbçisi metan qazından zəhərlənib, 5-i həyatını itirib.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 28 may 2022-ci ildə İraqın şimalında Pençe-Kilit Əməliyyatı bölgəsində əməliyyat-axtarış tədbirləri zamanı PKK terrorçularının açdığı atəş nəticəsində Nuri Melih Bozkurt şəhid olub. Həmin vaxt intensiv atəşlə əlaqədar onun meyitini çıxarmaq mümkün olmayıb. Bu gün – iyulun 6-da Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri həyata keçirilib və əməliyyat zamanı 19 əsgər metan qazından zəhərlənib.
Helikopterlə xəstəxanaya yerləşdirilən 19 əsgərdən 5-i həyatını itirib.