İrəvan sülh istəyirsə, niyə 100 mln dollarlıq silah alır
Bunu İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfiri ilə görüşdə deyib
İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfiri Sridharan Madhusudhananın etimad naməsini qəbul etmə mərasimindəki çıxışında Ermənistanda revanşist qüvvələrin baş qaldırmasından danışıb.
Prezident deyib: "Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir". Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd etdi ki, "əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır." Azərbaycan Prezidenti vurğuladı ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.
Xatırladaq ki, Ermənistan məhz Hindistandan tank əleyhinə raketlər və çoxlüləli reaktiv yaylım atəşi sistemləri, eləcə də digər növ sursatlar alıb. Razılaşmanın dəyəri açıqlanmasa da, yaxın aylarda Ermənistana 240 milyon dollardan artıq silahın çatdırılacağı gözlənilir.
Hindistan istehsalı olan "Pinaka" çoxlüləli reaktiv atəş qurğusu.