"Turkish Cargo" şirkəti ilk dəfə İrəvana yük daşıyıb
İstanbul-İrəvan-İstanbul marşrutu ilə müntəzəm yükdaşımaların başlanması haqda "Aeroportist" saytı xəbər verir
Türkiyənin milli yükdaşıyıcısı olan "Türk Hava Yolları"nın (THY) yük daşıma qolu olan "Turkish Cargo" bazar günü İstanbul-İrəvan-İstanbul marşrutu üzrə ilk müntəzəm yük reysinin həyata keçirildiyini elan etdi. Bu barədə ixtisaslaşmış aviasiya portalı Aeroportist məlumat verir.
Saytın məlumatına görə, regional idarəetmə və əməliyyat qrupu tərəfindən əlaqələndirilən bu xüsusi uçuş Ermənistan və Türkiyə arasında səmərəli və etibarlı yük daşınmasını təmin etmək, eləcə də THY qlobal logistika şəbəkəsini genişləndirmək məqsədi daşıyır.
Mart ayından bəri THY həmçinin İstanbul və Irəvan arasında planlı sərnişin reysləri həyata keçirir.
1 dəqiqədən az