İrəvanda yenidən etiraz aksiyası keçiriləcək
Aksiyaçılar Ermənistan hakimiyyətinin istefasını tələb edirlər
Bu gün yerli vaxtla saat 18:00-da Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın rəhblik etdiyi hakimiyyət əleyhinə etiraz aksiyası keçiriləcək.
Ermənistan mediası xəbər verir ki, mitinq “Respublika” meydanında baş tutacaq.
Qeyd edək ki, dünən İrəvanda etirazçılar xəbərdarlıq aksiyası keçirərək vətəndaşları onlara qoşulmağa çağırıblar.
Aksiyaçılar Ermənistan hakimiyyətinin istefasını tələb edirlər.
Dünən İrəvanın mərkəzindəki parkda çadır şəhərciyi qurmaq istəyən beş nəfər saxlanılıb. Bundan əvvəl İrəvanda və ölkənin digər böyük şəhərlərində Ermənistan müxalifəti baş nazirin istefası tələbi ilə mitinqlər keçirib.