Rəsmi İrəvan "axsaq ördəklə" müqavilə imzalayır
Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın imzalanması haqqında
Ermənistan bəyan edib ki, ABŞ və Ermənistan bu gün Strateji Tərəfdaşlıq Sazişi imzalayacaq.
Buna görə də xarici işlər naziri Mirzoyan Amerikaya yollanıb.
Axı aydındır ki, altı gündən sonra Amerikada hər şey dəyişəcək.
Sazişin bu gün ABŞ-da imzalanıb-imzalanmayacağını bilmirəm (görünür ki, hə), lakin bu, Paşinyana arxayınlıq verəcək.
Düzdür, mən onun yerində olsaydım, yenə də ehtiyatlı olardım. Gələcək prezident Tramp ola-ola, "axsaq ördək" dövründə müqavilə imzalamaq çox risklidir.
Amma hər iki tərəf bu məsələni gizli saxladı.
Əgər müqavilə imzalansa, o zaman Rusiya Ermənistanı yenidən tənqid atəşinə tutacaq.
Ermənistanın hazırkı hökuməti Rusiyanı qıcıqlandırmadan və Aİİ-dən əldə etdikləri naz-neyməti itirmədən Qərb institutlarına inteqrasiya etmək vəzifəsini qarşısına qoyub.
Qısası: bu mümkün deyil.
Ən maraqlısı isə odur ki, ABŞ-ın Ermənistanla bağladığı Strateji Razılaşmaya İran heç bir reaksiya vermir. Həriflər.